Rusiya və Fransa Qarabağ məsələsində razılaşdı


Rusiya və Fransanın xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro telefon söhbəti zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin tezliklə normallaşdırılması üçün səylərin birləşdirilməsi barədə razılıq əldə ediblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Nazirlər Dağlıq Qarabağdakı hadisələrin son inkişafını müzakirə ediblər və münaqişə ərazisində vəziyyətin tezliklə normallaşdırılması məqsədi ilə Fransa və Rusiyanın Minsk qrupunun həmsədrləri kimi öz səylərini birləşdirməsi barədə razılığa gəliblər", — deyə məlumatda bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu