Şəhid mayor Neftçaladakı Şəhidlər xiyabanında dəfn olunacaq


Qarabağın erməni işğalçılarından təmizlənməsi uğrunda aparılan hərbi əməliyyatlarda Milli Ordunun mayoru İmanov Samit Gülağa oğlu da qəhrəmancasına həlak olub.


Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, o,1981-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirmişdi.

Hazırda qəhrəman zabitin cənazəsinin anadan olduğu kənddəki evlərinə gətiriləcəyi gözlənilir. Artıq şəhid zabitin yaşadığı evin ətrafında izdiham müşahidə olunmaqdadır. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev başda olmaqla bütün yerli dövlət qurumlarının rəhbərləri də şəhidin yaşadığı evə gəliblər.

Neftçala Rayon İcra Hakimiyyətindən virtualaz.org-a verilən məlumata görə, şəhid mayor Samit İmanov sabah Neftçaladakı Şəhidlər xiyabanında torpağa tapşırılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu