Əli Kərimlinin qohumları onun evinin qarşısında aksiya keçiriblər


Bu gün Bakıda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında növbəti etiraz aksiyası keçirilib.


Bu dəfə Ə.Kərimlinin qohumları onun evinin qarşısına toplaşıb. Onlar cəbhədə baş verən son döyüşlərlə bağlı Ə.Kərimlinin səsləndirdiyi fikirlərə etiraz ediblər. Partiya sədrinin qohumları Ermənistan mətbuatının Ə.Kərimlinin fikirlərinə istinad etməsini pisləyib.

Aksiyada “Ar olsun!” şüarı səsləndirilib.

Aksiyanın qarşısı polisin müdaxiləsi ilə alınıb. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu