Aliment tutulması haqqında qətnamənin dərhal icra edilməsi təklif olunur


Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 28-də keçirilən iclasında "Ali Məhkəmənin Milli Məclisə (MM) təqdim etdiyi "Mülki Prosessual Məcəllədə dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirəyə təqdim edilən qanun layihəsində Məcəllənin 234-cü maddəsinə əlavə və dəyişiklik edilməsi təklif olunur.Təklif olunur ki, dərhal icra edilmə halları istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmçinin, aliment tutulması haqqında qətnamə dərhal icra edilməlidir.

Qanun layihəsi müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.

İlkin



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu