Azadlıq prospektində hərəkət məhdudlaşdırılıb


Aparılan təmir işləri ilə əlaqədar aprelin 30-dan etibarən Bakı şəhərinin Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsində yerləşən avtomobil tunelinin girişindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsində bir istiqamət üzrə (M.Ə.Rəsulzadə qəsəbəsinə doğru olan istiqamət) avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır.


“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən "Report"a bildirilib ki, məhdudlaşdırma təmir işləri bitənədək tətbiq olunacaq: "Bu müddət ərzində sürücülərdən mümkün qədər hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçmələri xahiş olunur".
Qeyd edək ki, əks istiqamət üzrə, yəni Azadlıq prospektindən Ziya Bünyadov prospektinə doğru avtonəqliyyat vasitələrinin hərəkətində hər hansı bir məhdudlaşdırma tətbiq edilmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu