Əmək pensiyası ilə bağlı yeni xəbər


Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1303252 nəfərdir.

Bunu virtualaz.org saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev bildirib.

Onun sözlərinə görə, pensiya alanlardan 536659 nəfəri kişi, qalanları qadınlardır.

Əmək pensiyası ilə təmin olunanların 781576 nəfəri yaşa görə, 375884 nəfəri əlilliyə görə, 145792 nəfəri isə ailə başçısının itirilməsinə görə pensiya alır. “Prezidentin 16 yanvar, 2016-cı il tarixli “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” sərəncamına əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği fevralın 1-dən 10 faiz artırılıb”, - deyə E.Babayev qeyd edib.

Hazırda əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəli ilə müqayisədə 6,8 faiz artaraq 189,9 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 210,8 manata çatıb. Bu göstəricilər ölkə üzrə əməkhaqlarının orta aylıq məbləğinə nisbətdə müvafiq olaraq 40,2 faiz və 44,6 fazi təşkil edir ki, bu da beynəlxalq standartlara, habelə Avropa Sosial Xartiyasının tələblərinə uyğundur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu