NİİM sürücülərə xəbərdarlıq etdi: bu yollardan keçməyin!


“TOUR d`AZERBADİJAN” beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar may ayının 8-də səhər saat 09.00-dan 12.00-dək Bakı şəhərində “Azadlıq meydanı – Neftçilər prospekti – Nobel prospekti – Zığ şosesi – Qala yolu – Buzovna – Bilgəh – Zağulba – Buzovna – Hava limanı şosesi” marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.


Virtualaz.org Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, saat 09.00-dan 15.30-dək isə Heydər Əliyev prospekti – Yusif Səfərov küçəsi – Üzeyir Hacıbəyli küçəsi – Puşkin küçəsi – Azadlıq meydanı – Nefçilər prospekti – İçəri şəhərdə Kiçik Qala küçəsi – Qoşa Qala Qapısı – İstiqlaliyyət küçəsi – Sona xanım Vəliyeva küçəsi – Lermontov küçəsi – Teymur Elçin küçəsi – Mehdi Hüseyn küçəsi – Parlament prospekti – H.Cavid prospekti – Landau küçəsi – İnşaatçılar prospekti – Bakıxanov küçəsi – Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Bülbül prospekti – Üzeyir Hacıbəyli küçəsi – Puşkin küçəsi – Azadlıq meydanı” marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

Göstərilən vaxtda həmin istiqamətlərə alternativ yollardan istifadə olunmasını xahiş edirik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu