Qadınların düşünülməmiş addımı: Övladdan və əmlakdan məhrum olurlar


“Qadınların rəsmi nikah bağlamadan ailə həyatı qurması sonradan bir çox problemlər yaradır. Əmlak bölgüsü, uşaqlara görə aliment ödənilməsi zamanı çətinliklər yaranır”.

Bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

Hüquq müdafiəçisinin sözlərinə görə, məişət zorakılığı ilə bağlı qanun qəbul edilsə də, zorakılıq faktları azalmır: “Qadınların qətlə yetirilməsi, ailə problemlərinə görə intihar edənlərin sayı çoxdur. Az qala hər gün qətl və ya intiharla bağlı hadisələrin şahidi oluruq”.

M.Zeynalova deyib ki, xüsusilə bölgələrdə qadınların maarifləndirilməsi aşağı səviyyədədir: “Təşkilatımıza məişət zorakılığı ilə bağlı hər ay onlarla şikayət daxil olub. Məsələn, dünən müraciət edən qadın qaynanasının təkidi ilə ruhi əsəb disponserində qeydiyyata düşüb. Qaynana gəlinini guya pensiya almaq üçün qeydiyyata salındığına inandırıb. Sonradan isə uşağı əlindən alınıb, qadın küçəyə atılıb. Rəsmi nikah olmadığından qadının hüquqlarını müdafi etmək çətindir”.

Təşkilat rəhbəri məsələ ilə bağlı araşdırmalara başlayıb. Bəlli olub ki, qadının həyat yoldaşı da ruhi dispanserdə qeydiyyatdadır: “Qadının psixi problemi olmadığına dair həkim arayışı var. Dövlət valideynlərdən uşağı alıb öz himayəsinə götürə bilər. Təəssüf ki, son vaxtlar qadınları dəlixana ilə hədələyən ərlər, eləcə də pensiya almaq üçün müxtəlif variantlardan istifadə edən valideynlər atrıb. Nəticədə isə bundan uşaqlar əziyyət çəkir”.

Hüquq müdafiəçisi qadınlara müraciət edərək düşünülmədən addım atmamalarını xahiş edib.

Virtualaz



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu