Şamaxı Təhsil İdarəsindən hamilə məktəbli ilə bağlı AÇIQLAMA


Şamaxı Rayon Təhsil Şöbəsi Şamaxıda 15 yaşlı məktəbli qızın müəllimi tərəfindən zorlanması ilə bağlı açıqlama verib.

Şamaxı Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, adı mətbuatda hallanan, şərti adı A. olan şəxs Pirbəhli kənd 9 illik kənd ümum orta məktəbindən 2015-ci ildə məzun olub. O, Şamaxı rayonunun ümumi təhsil müəssisələrinin heç birində təhsilini davam etdirmir.

Bu hadisədə adı çəkilən Pirbəhli kənd ümumi orta məktəbinin müəllimi Elnur İbrahimovla bağlı Şamaxı RTŞ –dən verilən məlumata görə, həmin müəllim 2016-cı il aprelin 1-dən üzrlü səbəb olmadan pedaqoji fəaliyyətinə ara verib. Bu səbəbdən cari ilin may ayının 3-dən məktəbin Pedaqoji Şurasının qərarı ilə Əmək Məcəlləsinin 70- ci maddəsinin “Ç” bəndinə əsasən Elnur İbrahimovla bağlanan əmək müqaviləsinə xitam verilib.

Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu