20 aptek bağlandı


Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi tərəfindən İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin iştirakı ilə ötən il ərzində respublika ərazisində fəaliyyət göstərən əczaçılıq müəssisələrində reydlər keçirilib.

Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, reydlər əczaçılıq fəaliyyətinə dair tələblərin yerinə yetirilməsini yoxlamaq məqsədi ilə təsdiq olunmuş plana, Ədliyyə Nazirliyinin yoxlamaların qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış müvafiq çıxarışlara əsasən icra olunub.

İl ərzində yoxlamaların qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış müvafiq çıxarışlara əsasən 107 aptek təşkilatında yoxlama keçirilib. Bu yoxlamaların 71-i planlı, 36-sı isə plandankənar ("qaynar xətt"ə daxil olan zənglər və şikayət ərizələri əsasında) olub. Yoxlamalar zamanı xüsusi razılıq (lisenziya) olmadan əczaçılıqla məşğul olan 20 aptek aşkarlanaraq fəaliyyəti dayandırılıb və apteklərin sahiblərinə İnzibati Xətalar Məcəlləsinin 64.1. maddəsi ilə protokollar tərtib edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu