İcbari Tibbi Sığorta Agentliyində yeni təyinat


Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində müavin təyin edilib.

Prezident İlham Əliyev Nigar Bayramovanın Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktorunun müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bayramova Nigar Yusif qızı 1980-ci ildə Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə mühasib kimi başlayıb, 2010-2016-ci illərdə “PAŞA Sığorta” ASC-də baş mühasib vəzifəsində çalışıb. 2016-cı ilin aprel ayından etibarən Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə - mühasibat şöbəsinin müdiri vəzifəsində çalışır. Ailəlidir, bir övladı var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu