Bakıda müsabiqə əsasında I sinfə şagird qəbulu başa çatıb


Müsabiqə əsasında Bakı şəhəri üzrə lisey, gimnaziya və digər ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu başa çatıb.


Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, istedadlı uşaqların daha aşağı yaşlarda müəyyən olunması və onlar üçün innovativ təlim prosesinin təmin edilməsi məqsədilə Bakı şəhəri üzrə 15 ümumi təhsil müəssisəsində I sinfə qəbul müsabiqə əsasında təşkil olunub.
2016-2017-ci tədris ili üzrə Bakı şəhərində I sinfə şagird qəbulu müsabiqə əsasında aparılan lisey, gimnaziya və digər ümumi təhsil müəssisələrinə elektron qeydiyyat www.mektebeqebul.edu.az saytı vasitəsilə martın 1-dən aprelin 10-dək davam edib. Həmin ümumi təhsil müəssisələrinə 4 449 nəfər müraciət edib.
Aprelin 15-dən mayın 15-dək bu təhsil müəssisələrinin daxili nizamnamələrinə əsasən təşkil edilən müsabiqələr çərçivəsində uşaqların qiymətləndirilməsi həyata keçirilib. Uşaqların dünyagörüşü, riyazi-məntiqi təfəkkürü, psixoloji hazırlığı, yaradıcılıq qabiliyyəti, rabitəli nitqqurma bacarığı qiymətləndirilib və ümumilikdə 2 350 şagird I sinfə qəbul edilib. Onlardan 1 144 nəfər Azərbaycan bölməsinə, 1 206 nəfər isə rus bölməsinə qəbul olunub.
Müsabiqə çərçivəsində ən yüksək rəqabət 23 nömrəli tam orta məktəb üzrə olub. Bu məktəb üzrə 1 yerə 3 nəfərdən daha artıq müraciət edilib. Bakı Avropa Liseyi, 287 nömrəli Zəkalar Liseyi, İ.Əfəndiyev adına Elitar Gimnaziya, Bakı Slavyan Universitenin nəzdində Məktəb-Lisey Kompleksi və “Ankara məktəbi” məktəb-liseyində də yüksək rəqabət qeydə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu