"Bu, analoqu olmayan, tarixi hadisədir"-komitə sədri


“Magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı dəyişiklik “Elm haqqında” qanun layihəsinin üçüncü oxunuşunda əksini tapacaq”.

Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib. O qeyd edib ki, Prezidetin magistr və doktorantlara möhlət hüququnun verilməsi ilə bağlı “Hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna əlavə üçün təqdim etdiyi sənəd müharibə şəraitində olan ölkələrin içərisində analoqu olmayan, elmin inkişafına hesablanmış çox tarixi əhəmiyyətli hadisədir.

“Bu qərar Azərbaycan elminin gələcəyini, yeni nəsillərin elmdə davamlı inkişafını təmin etmək, fasiləsiz təhsilə nail olmaq üçün böyük əhəmiyyətə malikdir. Dəyişiklik “Hərbi xidmət və hərbi vəzifə haqqında” qanunun predmetidir, ilk növbədə ora əlavə olunmalıdır. Eyni zamanda “Elm haqqında” qanun layihəsinə də bu dəyişiklik aiddir, oradaa belə maddə var idi və üçüncü oxunuşda qalacaq”.

Deputat bildirib ki, “Elm haqqında” qanun layihəsi Elm və təhsil komitəsində üçüncü oxunuşda geniş müzakirə olunub, təkmilləşdirilib: “Qanun layihəsinin ikinci oxunuşunda olan arzular, iradlar yaradıcı şəkildə öyrənilib, nəzərdən keçirilib və üçüncü oxunuş üçün təqdim edilib”.

İ.Həbibbəylinin sözlərin görə, gələn həftə Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsi ilə Elm və təhsil komitəsinin birgə iclası olacaq.

Həmçinin “Hərbi xidmət və hərbi vəzifə haqqında” Qanuna dəyişiklik və “Elm haqqında” qanun layihəsinin üçüncü oxunuşda Milli Məclisin növbədənkənar sessiyasının iclasında müzakirə ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu