Milli Məclis avtobus sürücülərinə görə qanunu dəyişir


Azərbaycanda şəhərdaxili və yaxud rayondaxili sərnişin avtobusları, firma və şirkət maşınları qayda pozuntusuna yol verdikdə onlar barəsində dərhal - yerindəcə yox, sonuncu dayanacaqda inzibati tədbir görüləcək.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanunun 85. 2. 4-cü maddəsinə 13-cü bəndin əlavə edilməsi təklif olunur. Yeni bəndə görə, “ümumi istifadədə olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını pozduqda, müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında ləngimələrin qarşısını almaq üçün müvafiq icra hakimiyyəti orqanının əməkdaşı dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yol verdiyi qayda pozuntusunu elan etdikdən və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını qeydə aldıqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokolu sonuncu dayanacaqda tərtib edir”. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və fevralın 2-də müzakirəyə çıxarılacaq



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu