Milli Məclis "Elm haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib


Milli Məclisin növbədənkənar sessiyasının bugünkü plenar iclasında "Elm haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.


"Report"un xəbərinə görə, layihə barədə məlumat verən Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, layihə 7 fəsil, 40 maddədən ibarətdir.
Komitə sədri bildirib ki, qanun layihəsinə yeni bənd əlavə edilib. Əlavəyə görə, dövlət doktorantların təhsil haqlarının və təhsillə bağlı digər xərclərinin ödənilməsinə uzunmüddətli və güzəştli kreditlər verilməsini təmin edəcək və təhsilalanın əmək fəaliyyətinə başladıqdan sonra kredit borclarını ödəmə mexanizmini müəyyənləşdirəcək, həyata keçirilməsinə şərait yaradacaq.
Müzakirələrin sonunda qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu