Ramazanda iki gün iş olmayacaq


Bu il Azərbaycanda Ramazan bayramı ilə əlaqədar 2 gün qeyri-iş günü olacaq.

Bu, Nazirlər Kabinetinin 24 dekabr 2015-ci il tarixli qərarında əksini tapıb.

Qərara əsasən iyulun 6 və 7-si Ramazan bayramıdır.

Qeyd edək ki, Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "2016-cı ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 24 dekabr 2015-ci il tarixli 402 nömrəli qərarına əsasən, 6, 7 iyul (Ramazan bayramı), 12, 13 sentyabr (Qurban bayramı), 9 Noyabr (Azərbaycan Respublikasının Dövlət Bayrağı günü), 31 Dekabr (Dünya Azərbaycanlılarının Həmrəyliyi günü) günləri də iş günü hesab edilmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu