Çavuşoğlu Soçidə rus dilində danışdı- YENİLƏNİB


Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında Soçidə keçirilən görüş başa çatıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu görüşün konstruktiv keçdiyini və regional məsələləri müzakirə etdiklərini bildirib.

Maraqlıdır ki, görüşdən əvvəl Türkiyə XİN rəhbəri rusiyalı jurnalistləri rus dilində salamlayıb. Nazirlər bir dəqiqəyə yaxın bir-birlərinin əllərini sıxıb, salamlaşıblar.

“Türkiyə prezidenti Rusiya liderinə göndərdiyi məktub və aralarındakı telefon danışığından sonra hər iki ölkə arasında əlaqələri müzakirə etmək imkanını yüksək qiymətləndiririk”, - deyə Lavrov bildirib.
***

Soçi şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında görüş keçirilir.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, XİN rəhbərlərinin görüşü 40 dəqiqə davam edəcək.

Görüşdə ikitərəfli əlaqələrin bərpası və Suriya məsələsinin müzakirə edildiyi ehtimal olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu