MDB ölkələri vərəm siyahısında


Avropa və Orta Asiyada gündə min nəfər bu xəstəliyə yoluxur

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Avropa Xəstəliklərin Qarşısının alınmasına Nəzarət Mərkəzi vərəm xəstəliyi ilə bağlı hesabat yayıb.

Hesabat deyilir ki, Avropa və Orta Asiyada gündə min nəfər vərəmə yoluxur. Ağ ciyərin bu infeksion xəstəliyi bu regionda ən çox yayılsa da, 2012-2013-cü illərdə 5.6 faiz azalıb.

Bildirilir ki, 2013-cü ildə 360 min vərəmlə yoluxma halı qeydə alınıb, bunun da 85 faizi 18 “yüksək prioritet” ölkəsində baş verib. Rusiya və 11 MDB ölkəsi də bu siyahıdadır. Bu dövlətlərdə 38 mindən çox ölüm halı qeydə alınıb.

ÜST-ün sənədində göstərilir ki, bu xəstəliyə qarşı işlər sürətlə getmir və nəticədə vərəmin dərmana müqaviməti yüksəlib. Bir sözlə, Avropa və Orta Asiya regionlarında 2050-ci ilədək bu xəstəliyin öhdəsindən gəlmək çətin olacaq. (ANS)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu