TQDK kolleclərə qəbul olmaq istəyənlərə güzəşt edib


Ümumi orta (9 illik) və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən və müsabiqə şərtlərini ödəyən cari ilin məzunları üçün elektron ərizə qəbulunun müddəti kolleclərə ixtisas seçimi mərhələsi başa çatanadək uzadılıb.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) “Report”a verilən xəbərə görə, abituriyentlər TQDK-nın internet saytında “Abituriyentin elektron ərizəsi” formasını doldurduqdan sonra ərizələrini təsdiq etməlidirlər.

Orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi ümumi orta təhsil bazası (9 illik) üzrə 8‑18 iyul, tam orta təhsil bazası (11 illik) üzrə 15-19 avqust tarixlərində aparılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu