Mehriban Xanlarova intim şəkil məsələsindən — DANIŞDI


Akademik Milli Dram Teatrının tanınmış aktrisası, əməkdar artist Mehriban Xanlarova haqqında yazılanlara aydınlıq gətirib.

Aktrisa Ölkə.Az-a açıqlamasında bildirib ki, onu intim şəkilləriylə şantaj edən şəxs barədə polisə müraciət etməsi haqqında yazılanlar həqiqətə uyğun deyil:

"Elə şey yoxdur. O xəbəri kim yazıbsa, onu tutduracağam. Bu da təzə çıxdı?"

Xatırladaq ki, "Report"un yaydığı xəbərdə bildirilir ki, Mehriban Xanlarova Binəqədi Rayon Polis İdarəsinə şikayət edib və şikayət ərizəsində bir nəfərin onu şantajla hədələdiyini bildirib.

Belə ki, əməkdar artistin sosial şəbəkələrdə tanış olduğu bir nəfər kişi onun intim şəkillərini yayacağını deyib.

Həmin şəxs M.Xanlarovadan 500 manat pul tələb edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu