Bir ildə milli parkları 140 min turist ziyarət edib


“Azərbaycanda ekoturizmə maraq dünya səviyyəsində olduğu qədər deyil. Bunun səbəbi isə bu turizm növünün Azərbaycanda yeni olmasıdır”.

AzVision.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadə deyib. O qeyd edib ki, marağın az olmasının səbəbi Azərbaycanda milli park ənənəsinin çox gənc olması ilə bağlıdır:

“Dünyada tarixi 120 il olan milli parklar var. İlk milli park XIX əsrin sonunda ABŞ-da yaradılıb. Azərbaycanda isə ilk milli park 2003-cü ildə yaradılıb. Lakin qeyd edilməlidir ki, son illər milli parklara maraq artıb və insanlar daha çox ziyarət edirlər”.

H.Əlizadə vurğulayıb ki, milli parkları ziyarət edən turistlərin əksər hissəsi azərbaycanlıdır, lakin onların içərisində əcnəbilər də var:

“Avuqstun 1-ə əsasən 140 mindən artıq turist bir il ərzində milli parklara ziyarət edib. Oların böyük əksəriyyəti azərbaycanlılardır. Amma 10-15 faizini xaricilər təşkil edir. Səfərlər əsasən ailəlikcə olur və uşaqlar, gənclər də gəlir. Onların məlumatlanması, parklar haqqında geniş informasiyalar alması sevindiricidir. Milli parklara giriş Nazirlər Kabinetinin qərarına əsasən 2 manatdır. Yüksək dağlıq ərazilər istisnalıq təşkil edir. Bunun üçün xüsusi icazələr alınmalıdır və s. Lakin uşaqlar, məktəbyaşlılar üçün giriş pulsuzdur”.

Ekoturizmin növlərindən danışarkən H. Əlizadə bunun milli parkların yerləşməsindən asılı olaraq dəyişldiyini qeyd edib:

“Şahdağ Milli Parkında alpinizmin bütün növlərindən - qayaya dırmanma, dağa dırmanma və s. növlərini istifadə etmək olar, amma xüsusi icazə əsasında. Ağgöl Milli Parkında quşları müşahidə mümkündür. Bu xaricdə daha məşhurdur, insanlar quşların koloniya vəziyyətində və ya hansısa dövrlərdə xüsusi binokol vasitəsilə müşahidə edirlər. Lakin demək istərdim ki, Azərbaycandakı milli parklar içərisində Göygöl Milli parkı daha məşhurdur ki, bunun da keçmiş tarixçəsi var”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu