Qurban bayramında ətin qiyməti artacaq?- açıqlama


Qurban bayramı ilə əlaqədar tədbirlər planı hazırlanır.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib. Onun sözlərinə görə, Qurban bayramı günlərində Baytarlıq Xidməti gücləndirilmiş iş rejiminə keçəcək, baytar mütəxəssisləri kəsim yerlərinə cəlb olunacaq.

“Qurbanlıq heyvanların kəsildiyi yerlərə nəzarət ediləcək. Qiymətlərdə ciddi artımının olacağı gözlənilmir. Hazırda tədbirlər planı hazırlanır və məlumatlar hazır olan kimi ictimaiyyətə açıqlama veriləcək”.

M. Hacıyev, həmçinin bildirib ki, əvvəlki illərdə olduğu kimi qurbanlıq heyvanların satılması, kəsilməsi üçün xüsusi yerlər ayrılacaq: “Bakı və Abşeronun müxtəlif yerlərində xüsusi yerlər ayrılacaq ki, insanlar o yerlərdən heyvanları rahat ala bilsinlər. Orada həm sanitar qaydalara riayət olunacaq, həm də baytar həkimlər heyvanların sağlamlığına nəzarət edəcəklər”- deyə, M. Hacıyev bildirib.

Qeyd edək ki, Qurban bayramı bu il sentyabrın 10 və 11-də keçiriləcək. Həmin günlər şənbə, bazara təsadüf etdiyi üçün 4 gün iş olmayacaq. (Azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu