Öz pensiya kapitalınıza nəzarət edin


Fərdi uçot sistemində qeydiyyatda olanların sayı artıb. Bu ilin yanvar-avqust aylarında 128964 nəfər qeydiyyata alınıb və beləliklə, qeydiyyatda olanların sayı 3309118 nəfərə çatıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlara gələcəkdə etibarlı pensiya təminatı üçün fərdi hesabında pensiya kapitalı formalaşdırmağa imkan verir. “Fərdi şəxsi hesabı açılmış vətəndaşlar sırasında 30-40 yaşlarında olanlar daha çoxdurlar və onlar fərdi uçot sistemində qeydiyyata alınmış şəxslərin 25,2 faizini təşkil edirlər. Həmçinin sistemdə fərdi şəxsi hesabı açılanların 20,4 faizi 30 yaşa qədər olanlar, 20,1 faizi 40-50 yaş aralığında olanlar, 21,1 faizi 50-60 yaş aralığında olanlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti vasitəsilə vətəndaşlar istədikləri vaxtda fərdi şəxsi hesablarındakı pensiya kapitalı barədə məlumat əldə edə bilirlər. Bu, onlara həmçinin işəgötürənlərin onlar üçün əmək haqqına uyğun həcmdə məcburi dövlət sosial sığorta haqqı köçürdüklərinə nəzarət etmək imkanı verir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu