"Valideynlərə şərt qoyula bilməz"- Təhsil Nazirliyi


Məktəbli formalarının satışı və ya alışı ilə bağlı məcburetmə tədbirləri ola bilməz.

Bunu Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, formaların alınmasına görə valideynlərə şərt qoyula bilməz: “Heç bir məktəb və yerli təhsil idarəetmkə qurumları məktəbli formalarının müəyyən olunmuş ticarət şəbəkələrindən alınması ilə bağlı şərt qoya bilməzlər. Ona görə də valideynlər istədikləri yerdən və ticarət şəbəkəsindən məktəbli formasını almağa sərbəstdirlər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu