Sabah 29 dərəcə isti olacaq


Dağlıq ərazilərdə şimşək çaxacaq, yağış yağacaq.

Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, sentyabrın 14-də paytaxt və yarımadada cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 18-21° isti, gündüz 25-29° isti, Bakıda gecə 19-21° isti, gündüz 27-29° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 14-19° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu