Azərbaycanda 40 mindən çox onkoloji xəstə var


Azərbaycanda 2015-ci ildə 40 653 nəfər onkoloji xəstəliklər üzrə müalicə-profilaktika müəssisələrində qeydiyyatda olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il 10 183 nəfərə ilk dəfə bədxassəli şişə yoluxması haqda diaqnoz qoyulub.

Onlardan 188 nəfəri ağız boşluğunun və udlağın, 21 nəfəri dodaqların, 366 nəfəri qida borusunun, 1 066 nəfəri mədənin, 482 nəfəri düz bağırsağın, siqmaya bənzər hissənin, anusun, 217 nəfəri qırtlağın, traxeya, bronx, 1 147 nəfəri ağciyərin, 1 693 nəfəri süd vəzisinin, 52 nəfər dərinin melanomasının onkoloji xəstəliklərinə yoluxub.

Ötən ilk dəfə onkoloji xəstəliklərə yoluuxanlardan 4 967 nəfəri kişi, 5 216 nəfəri qadındır. Onlardan 0-13 yaş qrupunda 13 nəfər, 14-17 yaş qrupunda 24 nəfər, 18-29 yaş qrupunda 289 nəfər, 30-34 yaş qrupunda 241 nəfər, 35-39 yaş qrupunda 358 nəfər, 40-59 yaş qrupunda 4 891 nəfər, 60 və yuxarı yaş qrupunda 4 267 nəfər ilk dəfə bədxassəli şişlərlə xəstələnib. (Azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu