"Pambıq yığmaq müsəlmanın borcudur"


Özbəkistanda məscidlərdə imamlar özbəkləri pambıq yığımına səsləyir.

Azadlıq Radiosunun Özbək Xidmətinin məlumatına görə, hətta ötən cümə namazında imamlar “Böyük pambıq məhsuluna” dua ediblərvə hamını pambıq yığımına çağırıblar. İmamlar deyiblər ki, bu, özbək müsəlmanların dini borcudur.

Daşkəndin Həzrəti Əli məscidinin dini xadimi Azadlıq Radiosuna deyib ki, imamlar Müsəlmanlar İdarəsindən göstəriş alıblar ki, dindarlara pamblıq yığımının əhəmiyyətini başa salsınlar.

Neçə illərdir ki, Özbəkistan insanları zorla pambıq yığımına çıxartdığına görə, beynəlxalq təşkilatların tənqid hədəfindədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu