Azərbaycan vaksinləri Rumıniyanı qorxutdu


Rumıniyada bir çox valideynlər öz uşaqlarını Azərbaycanda istehsal olunmuş vaksinlə peyvənd etdirməkdən imtina ediblər.

Rumıniyanın qərbində yerləşən Timiş vilayətinin ərazisindəki tibb müəssisələrində körpələri göyöskürək, difteriya, donuxma və başqa belə xəstəliklərdən müdafiə edən altıvalentli vaksinin çatışmazlığı yaranıb. Bu səbəbdən yüzlərlə körpə peyvənd olunmayıb və ciddi xəstəliklərlə üz-üzə qalıb.

Virtualaz.org timpolis.ro-ya istinadən bildirir ki, həkimlərin sözlərinə görə, buna baxmayaraq, bir çox valideynlər vaksinin Azərbaycanda istehsal olunduğunu bildikdə özləri uşaqlarını peyvənd etdirməkdən imtina ediblər.

Məlumata görə, rumınlar indiyədək bu vaksini adətən fransız şirkəti "Lui Pasterin"dən alıblar, amma bu dəfə onun Azərbaycandan gətirilməsi onları çaşdırıb və nəticədə xeyli uşaq peyvənd olunmamış qalıb.

"Yayın başlanğıcında altıvalentli vaksinlər ümumiyyətlə yoxa çıxmışdı. Sonra Azərbaycanda istehsal olunmuş vaksinlərdən istifadə edilməsinə başlandı. Hərçənd valideynlərə, vaksinin belə tipinin adətən Fransadan idxal olunduğu barədə xəbərdarlıq edilmişdi. Buna görə çoxları uşaqlarını peyvənd etdirməkdən çəkindi və "Lui Paster"in növbəti partiyasını gözləməyə qərar verdi. Mümkündür ki, Fransadan vaksin gəlsin, axı tezliklə seçkiqabağı kampaniyadır”, - deyə həkim Qeorqeta Rus bildirib.

Timiş Səhiyyə Departamentinin məlumatına görə, Azərbaycandan vaksin partiyası iyulda gəlib. Bildirilir ki, son iki həftə ərzində Azərbaycan vaksini ilə təxminən 300 körpə peyvənd edilib. Müəssisə Rumıniya Səhiyyə Nazirliyindən daha 22 min doza tələb edib və yeni partiyanın gəlməsini gözləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu