Bu peşələr xərçəng yaradır


Daha çox xərçəng xəstəliyinə səbəb olan peşələrin adları məlum olub.

Virtualaz.org “gazetadaily” saytına istinadən xəbər verir ki, bununla bağlı alimlərdən və həkimlərdən ibarət tədqiqat qrupu insanda xərçəngin yaranmasını sürətləndirən ixsisasların mövcudluğu ilə bağlı araşdırma aparıb.

Təcrübə yaşı 45-dən yuxarı olan beş mindən çox könüllü iştirakçı üzərində aparılıb.

Tədqiqatçılar bütün respondentlərdə xolesterinin səviyyəsini və qanda şəkərin miqdarını təhlil ediblər. Həmçinin insanların həyat tərzi, necə qidalanmaları və zərərli vərdişlərinin olub-olmaması aydınlaşdırılıb. Tədqiqatların yekununda məlum olub ki, orqanlarda böyük yüklənməyə görə ən təhlükəli iş görənlər yükdaşıyanlardır. Onlar onkoloji xəstəliyə daha çox tutulurlar.

Araşdırmanın nəticələrinə görə, sürücülər, fermerlər və satıcılar da risk qrupuna daxildir. Bu isə onların vaxtının çox hissəsini günəş altında keçirmələri ilə izah olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu