Azərbaycanda hər gün 138 nəfər işsiz qalır

Məlumatları təhlil edib dəyərləndirən iqtisadçı ekspert Qubad İbadoğlu 3 məqama diqqət yetirir: "Əvvala, iş yerlərinin bağlanmasını əks etdirən rəsmi məlumatlar mövcud gerçəkliyi tam və düzgün göstərə bilmir, çünki, bir çox müəssisələr və fərdi sahibkarlar bağlanmış iş yerlərinə dair hesabatlarını vaxtında təqdim etmirlər. İkincisi, işləyənlərin heç də hamısı rəsmi uçotda düşmədiyindən, gizli məşğulluq mövcud olduğundan qeydiyyatdan kənar çalışanların işinin bağlanması ilə bağlı məlumatlar Dövlət Statistika Komitəsinin hesabatında əks etdirilmir. Nəhayət, iş yerlərinin bağlaması dinamikası hər ay artımla müşahidə olunur və bu tendensiya mövsümi işlərlə əlaqədar olaraq payız-qış fəslində daha da güclənir. Bu halda gələcəkdə iş yerlrini itirənlərin sayı daha da arta bilər. Odur ki, işinizdə diqqətli və məsuliyyətli olun, çalışın ki, onu itirməyəsiniz".
Diqqətinizi çəkə biləcək digər xəbərlər