Dərman bazarında qıtlıq yaranır- AÇIQLAMA


Son bir ayda dərman vasitələrinin Azərbaycana gətirilməsində ciddi problemlər yaşanır.

Bu barədə tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazlı bildirib.

Onun sözlərinə görə, hazırda Dövlət Tarif Şurasının qeydiyyatına düşmüş, elə dərmanlar var ki, onlar bütün apteklərdə eyni qiymətdə satılır:

"Çünki sistemə yerləşdirilib, lazım gəldikdə baxılır. Aptekdən asılı olmayaraq, müştəri həmin dərmanı soruşduqda sistemdən təyin edilir. Məsələn, qiyməti 10 manatdırsa, o qiymətə satılır. Amma çoxsaylı çeşitli dərmanlar da mövcuddur. Buna görə də, həmin dərman vasitələri sistemə daxil olunmayıb. Səhiyyə nazirinin müavini Elsevər Ağayevin son açıqlamasında dərmanların da qiymətinin digər ərzaq məhsulları kimi hər gün tənzimlənəcəyini demişdi. Amma qeydiyyatda olan dərmanlar sabit qiymətə olacaq. Son bir ayda Səhiyyə Nazirliyi və baş nazirin müavini Əli Əhmədov dərmanların gətirilməsi ilə bağlı problemlər olduğunu bildirib. Yəni bu sahədə qıtlıq yaşanır. Yazılan dərmanların ən sadəsi belə hazırda çətin tapılır. Endometsin mazı tez-tez lazım olan dərmandır, lakin qıtdır. Tarif Şurasının vahid qiymət müəyyən etdiyi dərmanların fərqli qiymətlərə satılması mümkün deyil. Sistemə daxil olan dərmanlar eyni qiymətə satılmalıdır. Lakin dərman çeşitləri həddən artıq çox olduğundan sistemə salınma mərhələli şəkildə baş tutacaq. Məsələ ilə əlaqədar Tarif Şurasının nəzarəti altında yaradılan komissiya fəaliyyət göstərir. Son məlumatlar belədir ki, bütün dərmanlar hissə-hissə qeyd ediləcək. Yüzlərlə dərman artıq müəyyən olunub, qalanlar isə hələlik mümkün deyil".

Qeyd edək ki, Dövlət Tarif Şurasının qərarına əsasən dövlət qeydiyyatından keçmiş dərmanlar vahid qiymətə satılacaq.(sherg.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu