Bakı dünyanın ən yaxşı turizm istiqamətləri arasında “TOP-5”ə daxil olub


Bakı şəhəri 2017-ci ildə turistlər üçün ən yaxşı 10 istiqamət sırasına daxil edilib.

Turistlər üçün nəzərdə tutulan "Trip Advisor" tətbiqinin versiyasına görə, Bakı 2017-ci ildə səyahət üçün ən yaxşı istiqamətlər siyahısında 5-ci sırada qərarlaşıb.

Siyahıda Bakını qabaqlayan istiqamətlər bunlar olub: San Xose del Kabo (Meksika), Uistler (Kanada), Jerikoakoara (Braziliya), Kihei (Havay adaları).

İlk onluğa həmçinin Gürcüstan paytaxtı Tbilisi də daxil edilib.

Qeyd edək ki, turistlər üçün ən yaxşı səyahət istiqamətləri səyahət edənlərin müsbət rəyləri, göstərilən məkanda görməli və əyləncə yerlərinin sayı, xidmətin keyfiyyəti kimi kriteriyalar əsasında müəyyənləşdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu