Mayın 31-nə kimi Bakının bütün təhsil müəssisələrində tədris və imtahanlar bitəcək


Bu il Avropa Oyunlarının Bakıda keçirilməsi səbəbindən keçən ilin oktyabr ayında Nazirlər Kabinetinin qəbul etdiyi xüsusi qərarı ilə təhsil müəssisələrində tədris ilinin müddətinə müəyyən düzəlişlər edilib.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov 31 may tarixinə kimi bütün təhsil müəssisələrində - ümumi təhsil, ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesi və imtahan sessiyasının başa çatdırılması nəzərdə tutulur.

Onun sözlərinə görə, çox sevindirici bir haldır ki, Avropa Oyunlarının keçirilməsi tələbələr, şagirdlər arasında çox müsbət qarşılanır: “On minlərlə könüllü məhz təhsil sistemindən bu oyunları dəstəkləmək və öz töhfəsini vermək üçün qoşulub. Bu bizi çox sevindirir. Bu istiqamətdə biz lazım olan dəstəyi həm könüllülərə, həm də müvafiq təhsil müəssisələrinə verməyə hazırıq. Təhsil sisteminin hər bir üzvünü - həm təhsilverənləri, həm də təhsil alanları Avropa Oyunlarına daha yaxından iştirak etməyə çağırıram. Bu, Azərbaycanın idman tarixi və ictimai həyatında çox böyük bir hadisədir".

Qeyd edək ki, ötən gün Nazirlər Kabinetinin qərarına əsasən, Avropa Oyunları ilə əlaqədar Bakıda iş vaxtı rejimi dəyişdirilib. Bu dəyişiklik növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlərə şamil edilməyəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu