Sabah qar yağacaq


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Dekabrın 15-də arabir qar yağacağı, yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi, gecə və səhər çovğun olacağı gözlənilir. Arabir əsən güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında 1-3 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında

Dekabrın 15-də arabir yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu