“FHN-dən icazə alınmayacaq”- İcra Hakimiyyəti


“Bakıda yeni il yarmarkaları üçün hazırlanan çadırların fəaliyyətinə görə Fövqəladə Hallar Nazirliyindən icazə alınmayacaq”.

Bu barədə Trend-ə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Qurum rəsmisinin sözlərinə görə, hazırda Bakıda yeni il yarmarkaları üçün qurulan 6 çadır fəaliyyətini davam etdirir və yeni il ərəfəsində həmin çadırlar sökülməyəcək:

“Fəaliyyətinə icazə verilmədiyi üçün 6 çadır söküldü. Çünki Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları həmin çadırların küçədəki elektrik xətlərindən elektrik enerjisi götürməsinə icazə vermədi. Hazırda Bakıda 6 çadırda yarmarka fəaliyyət göstərir. Həmin çadırların elektrik generatorları ilə işıqlandırılması barədə qərar qəbul etmişik. Bu çadırlar küçələrdəki elektrik dirəklərindən elektrik enerjisi götürməyəcək. Ona görə də, həmin çadırların fəaliyyəti üçün Fövqəladə Hallar Nazirliyindən texniki şərt alınmasına ehtiyac olmayacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu