Nazir xalq artistini nəzarətə götürdü


Azərbaycanın xalq artisti Nuriyyə Əhmədovanın sağlıq durumu stabil ağır olaraq qalır.

Bu barədə "Report"a Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Nəriman Məmmədov deyib. Onun sözlərinə görə, xalq artisti bu gün səhər xəstəxanaya beyin-qan dövranının kəskin pozulması diaqnozu ilə daxil olub: "Nuriyyə xanım xəstəxanaya gətiriləndə vəziyyəti yaxşı deyildi. Xalq artisti insult keçirib. Hazırda vəziyyəti stabil ağır olaraq qalır. Reanimasiya şöbəsində yatmasına baxmayaraq, huşu özündədir, anlaqlıdır, danışa və hərəkət edə bilir. İlkin müayinə və müalicəyə başlamışıq. Axşama doğru analizlərinin cavabını alacağıq və həmin cavabdan sonra Nuriyyə xanımın müalicəsi aparılacaq. İnanıram ki, vəziyyətində pisləşmə olmayacaq". O əlavə edib ki, xalq artistinin vəziyyəti səhiyyə naziri Oqtay Şirəliyevin nəzarəti altındadır. Nazir Nuriyyə Əhmədova ilə bağlı xəstəxana rəhbərliyinə tapşırıq verib.

Xatırladaq ki, Nuriyyə Əhmədova 1950-ci ildə Bakıda anadan olub.

Bu arada xalq artistinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərə onun nəvəsi Faiq (dünyasını dəyişmiş qızının oğlu) münasibət bildirib.

O, azvision.az-a açıqlamasında nənəsinin səhhətinin normal olduğunu deyib: “Nənəm indi evdədir. Sadəcə dünən gecə qan təzyiqi qalxmışdı. Heç xəstəxanaya yerləşdirməyə ehtiyac qalmadı. Təzyiqi qalxan kimi tez üstünə düşdük. Ona görə də tez də normallaşdı. Hazırda vəziyyəti yaxşıdır, dincəlir. İnsult keçirməsi ilə bağlı yayılan xəbərlər də yalandır. Belə xəbərləri haradan çıxarırlar, bilmirəm”.

Qeyd edək ki, bu gün mətbuatda Nuriyyə Əhmədovanın insult keçirərək xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbər yayılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu