Azərbaycan əhalisinin sayı açıqlanıb






Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 26714 nəfər və ya 0,3 faiz artaraq may ayının 1-i vəziyyətinə 9 milyon 836 min 695 nəfərə çatıb.



Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub.
Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu