DİM müraciət etdi: "Bu gün son gündü"





Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisaslaşma seçiminə iyunun 9-da start verilib və proses iyunun 19-u saat 23:59-dək davam edəcək.



Bildirilib ki, ixtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də ixtisaslaşmaların müsabiqəsində iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrinin təsdiqini təmin etsinlər.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu