Zorakılıq qurbanları ilə davranış- 4 rayonda tədbir keçirilib (FOTOLAR)




“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “İnsan alveri ilə mübarizədə yeni standartların tətbiqi” adlı layihəsi üzrə Cəlilabad, Lənkaran, Astara və Masallı şəhərlərində polis əməkdaşları üçün “Gender əsaslı zorakılıq qurbanları ilə davranış modeli”nə dair təlim kursu keçirib.

Təlimlər qeyd edilən şəhərlərin polis idarələrində təşkil edilib. Təlimin hazırlıq işləri layihə rəhbəri Mehriban Zeynalova tərəfindən həyata keçirilib, təlimçi Ağamirzə Bağırov olub. Təlim zamanı insan alveri, məişət zorakılığı qurbanları ilə davranış, qanunvericilik aktları, zərərçəkmiş və cinayətkarın psixoloji portreti, viktimalogiya, psixoloji amillər, mövcud stereotiplər, sığınacaqlar haqqında məlumat, acıq və qapalı tipli sualların verilmə üsulu, təhqiqat zamanı müşahidə edilən ayrı-ayrı ifadələrin işlədilməsi və ümumilikdə zərərçəkmişin öz hüquqlarını müdafiəsini reallaşdırmasına şərait yaradan qanuni vasitələrin tətbiqinə dair müzakirələr aparılıb. Təlimlər üzrə göstəricilərə əsasən, Cəlilabad RPŞ-də 19 .06.2017-ci il tarixdə iştirakçıların sayı 32 nəfər (32 kişi) olub. Onlardan 28 nəfəri polis nəfəri, 4 nəfər sahə rəisi olub. Lənkəran RPŞ-də 20.06.2017-ci il tarixdə iştirakçıların sayı 45 nəfər (43 kişi, 2 qadın ) olub ki, onlardan 4 nəfər sahə rəisi, 1 nəfər polisə ictimai dəstək mülki işçidir. Astara RPŞ-də 21.06.2017-ci il tarixdə iştirakçıların sayı 30 nəfər (30 kişi) təşkil edib. Onlardan 29 nəfəri polis nəfəri, 1 nəfəri sahə rəisidir. Masallı RPŞ-də 22.06.2017-ci il tarixdə iştirakçıların sayı 84 nəfər (83 kişi, 1 qadın) olub. Onlardan 79 nəfəri polis nəfəri, 4 nəfəri sahə rəisi olub. Ümumilikdə iştirakçıların sayı 191 nəfəri əhatə edib. Təlimdə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmış bukletlər paylanılıb.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu