“Ürək-damar xəstəlikləri ölümün bir nömrəli problemidir”- Rəşad Mahmudov




Azərbaycanda ürək xəstəliklərinin profilaktikasında, erkən diaqnostikasında və açıq ürək əməliyyatlarının icrası sahəsində əldə olunmuş nailiyyətlərə həsr olunan mətbuat konfransı keçirilib.

Bakı Ürək Mərkəzinin ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudov çıxışında dünyada ürək-damar xəstəliklərinin ölümün və əlilliyin olması üçün problemlərin önündə gəldiyini bildirib.

O qeyd edib ki, bu gün sadəcə Bakıda deyil, artıq bölgələrimizin hər birində ürək-damar xəstəliklərindən əziyyət çəkənlər üçün böyük mərkəzlərin qurulması, Gəncə və Naxçıvanda açıq ürək əməliyyatların tətbiqi Azərbaycan reallığını əks etdirən həqiqətlərdir.
"Xalqa ən rahat şəkildə xidmətin çatdırılması üçün görəcəyimiz işlər çoxdur. İnanırıq ki bu yolda daha gözəl işlər görəcəyik. Ürək-damar xəstəlikləri ölüm və əlilliyin bir nömrəli problemidir. Ötən ilki statistikaya görə, Azərbaycanda ölümün 57,8 faizi ürək-damar, qan dövranı xəstəliklərindəndir. Bu xəstəliklə mübarizə səhiyyə və dövlətin prioritet istiqamətlərindəndir".
R. Mahmudov bildirib ki, bu gün səhiyyədə ürək-damar xəstəliklərinin müalicəsinə ayrılan diqqət, bu sahədə kadrların hazırlannasına görə MDB ölkələrində birinci yerdəyik.

"İcbari tibbi sığorta sahəsində aparılan işlər nəticəsində bu potensialımızı daha da ortaya qoyacağıq. Kadr potensialı, xəstəxanaların maddi- texniki bazası göz qabağındadır. Xaricdə olan ekspertlərin, gənclərimizin ölkəyə qayıtması üçün yeni stimul planlaşdırır. Səhiyyə Nazirliyində bu istiqamətdə ciddi şəkildə işlər planlaşdırılır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu