Uşaq bədənimə toxunma!




İllərdir uşaq istismarının artması günümüzdə də davam etməsi, təəssüf ki qarşısının alına bilinməməsi çox narahatlıq doğuran bir məsələdir.



“Uşaq” və “sevgi” sozlərindən əmələ gələn pedofiliya psixoloji xəstəlik olmaqla yanaşı həm də bir cinayətdir.
3-11 yaş arası uşaqlara meyilli olan pedofillər öz çirkin əməllərini törətməklə yetinməyib, bir çox hallarda isə öz işlərini ölümlə nəticələndirirlər. Pedofillər uşaqların fiziki özəlliklərini nəzərə almadan, onların tam müdafiəsiz olduqlarını anlayaraqdan öz qurbanlarını seçirlər.
Ilk olaraq arzulayır, onlara toxunmaq, öpmək və digər ağılasığmaz cinsi istismarları heyata keçirə bilirlər. Bu tiplər adətən, ailə daxili və ailədən kənar sosiallaşmadan uzaq olurlar. Çünki seçdikləri qurbanlarını bir göz qırpımında asanlıqla kənara çəkib istəklərini həyata keçirə bilərlər. Valideyinlər və uşaqlar arasında mövzu ətrafında mütəmadi olaraq maarifləndirici tədbirlər aparılmalıdır. Bizim öz içimizdən yəni ətrafımızda olan yaxınlarımızdan da bu tiplərin ola biləcəyini düşünərəkdən ayıq-sayıqlığı əldən vermədən, uşaqlarımızı daim nəzarətdə saxlamalıyıq.
Unutmamalıyıq ki, uşaqlarımızın gələcəyə açılan pəncərəsinə boylanmaları üçün ən böyük məsuliyyət valideyinlər üzərinə düşür.

Uşaq istismarına yox deyək!
Uşaqlarımızı qoruyaq!
Uşaqlarımıza toxundurmayaq!

Aidə İbrahimova



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu