Məktəbli ləvazimatlarının satıldığı yarmarkalarla mağazalar arasında qiymət fərqi- VİDEO

Xəbərin çap versiyası
Tarix: 21-08-2017, 21:40    |    Xəbər oxunub: 590 dəfə
Məktəbli ləvazimatlarının satıldığı yarmarkalarla mağazalar arasında qiymət fərqi-


Artıq 4 gündür ki, paytaxtın bir sıra metrostansiyalarının yaxınlığında məktəbli ləvazimatlarının yarmarkaları fəaliyyət göstərir.

12 vərəqli dəftərlərin sadə üzlüklü olanı yarmarkada ucuz olsa da, bəzəkli və rəngli olanlar üçün bunu demək mümkün deyil.

48 vərəqli dəftər yarmarkada ucuz olsa da, 100 vərəqlilər adi mağazalarda daha ucuzdur.

Sadə qələmlər məktəbli yarmarkasında ucuzdur, amma müassir olanları mağazalardan daha bahadır.

Məsələn, yarmarkalarda pozanın qiyməti 20 qəpiklə 1 manat arasında dəyişdiyi halda, mağazalarda maksimum 60 qəpiyə satılır. Qiymət fərqi özünü ölçüsünə uyğun olaraq sulu boya, plastilin, rəngli qələm və rəsm dəftərlərində də göstərir.

Buna baxmayaraq fırçaların, qayçıların, dəftər cildlərinin, qələm qablarının, termuzların qiyməti yarmarkalarda daha ucuzdur. Çantaların qiyməti isə hər iki satış məntəqələrində ölçüsündən asılı olaraq 8 manatdan başlayır.

Mağazada çalışan satıcıların sözlərinə görə, satışda saxta məktəbli ləvazimatları var. Orjinal malın harda satılmasından asılı olmayaraq, dəyərindən ucuz satılması real deyil.

Qeyd edək ki, yarmarkalar Bakı şəhər İcra Hakimiyyətinin Ticarət Departamənti tərəfindən təşkil olunub. Məsələ ilə bağlı departamentin sözçüsü Əliabbas Bağırovla əlaqə saxladıq. Onun sözlərinə görə, yarmarkada satılan məktəb ləvazimatlarının qiyməti istehsal olunduğu ölkədən asılı olaraq fərqli ola bilər. Lakin yarmarkanın fəaliyyətə başlamasının əsas məqsədi məhsulların bazar qiymətindən daha aşağı təklif olunmasıdır. Elə ona görə də bəzi məhsulların mağazalardan daha baha olması məsələsi departament tərəfindən ciddi araşdırılacaq. Görünən odur ki, yarmarkalarda qiymətlərə nəzarət edilməsi şərtdir. Yarmarkalar sentyabrın ayın 25-dək fəaliyyət göstərəcək və saylarının artırılması da gözlənilir.(xezerxeber.az)





AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Az qala banklara yalvarırıq-

Az qala banklara yalvarırıq- Qənirə Paşayeva

“Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır”-

“Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır”- XİN

“Onlayn mediaya 1 milyon ayrılsın” -

“Onlayn mediaya 1 milyon ayrılsın” - deputatdan təklif

Əmək pensiyaları artırılacaq-

Əmək pensiyaları artırılacaq- rəsmi

MSK sədri prezident seçkilərindən danışdı

MSK sədri prezident seçkilərindən danışdı

Ramiz Mehdiyev MDB-dəki problemləri müzakirə edib

Ramiz Mehdiyev MDB-dəki problemləri müzakirə edib

“Hökumət büdcəyə görə məsuliyyət daşıyır”-

“Hökumət büdcəyə görə məsuliyyət daşıyır”- Valeh Ələsgərov

DİN Qaradağdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

DİN Qaradağdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

Parlamentdə maliyyə amnistiyası təklif edildi

Parlamentdə maliyyə amnistiyası təklif edildi

İnsanların icbari tibbi sığortaya ehtiyacı var-

İnsanların icbari tibbi sığortaya ehtiyacı var- millət vəkili

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Rəsulzadənin xanımının məzarı ilə bağlı müəmma

Rəsulzadənin xanımının məzarı ilə bağlı müəmma

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur