Özünüməşğulluq proqramı çərçivəsində bir qrup şəxsə fərdi təsərrüfatlarını qurmaq üçün aktivlər verilib




Proqram iştirakçılarından artıq 875 nəfər aktivlərlə təmin olunaraq fərdi təsərrüfatlarını qurublar



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamının icrası işlərinin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində 5 rayon və şəhər (Şəki, Kürdəmir, İmişli, Sabirabad, Mingəçevir) üzrə daha 20 nəfərə yaxın işsiz və işaxtaran şəxsə aktivlər (mal və materiallar) təqdim olunub. Beləliklə, cari ilin fevralından, yəni aktivlərin verilməsinə başlanandan bəri proqram iştirakçılarından artıq 875 nəfər işsiz və işaxtaran şəxsin biznes-planlarını reallaşdırmaları üçün aktivlərlə təminatı həyata keçirilib.

Ümumilikdə, bu günə qədər özünüməşğulluq proqramı çərçivəsində respublikamızın 50 rayon və şəhəri (Tərtər, Laçın, Hacıqabul, Ağcabədi, Beyləqan, Bərdə, Qəbələ, Ağdam, İsmayıllı, Göyçay, Ağsu, Saatlı, Biləsuvar, Yevlax, Füzuli, Cəbrayıl, Şirvan, Lerik, Masallı, Astara, Salyan, Cəlilabad, Sabirabad, Kürdəmir, Mingəçevir, Naftalan, Samux, Göygöl və b.) üzrə proqramın icrası prosesi başa çatdırılıb. 26 rayon və şəhər (Lənkəran, Ağdaş, Goranboy, Gəncə, Şəmkir, Gədəbəy, Tovuz, Xaçmaz, Şəki, Bakı şəhərinin rayonları, Sumqayıt və s.) üzrə isə aktivlərin verilməsi prosesi davam etdirilir.

Verilmiş mal və materiallardan istifadə olunmaqla vətəndaşlar biznes-planlarına uyğun şəkildə ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını qurublar. Nəticədə onların və ailə üzvlərinin özünüməşğulluğu təmin edilməklə, onlara gəlirlərini artırmaq, gələcəkdə ailə biznesinə çıxış imkanı yaradılıb. Yeni qurulan təsərrüfatların böyük əksəriyyəti kənd təsərrüfatı sahələrini əhatə edir ki, bu da ölkəmizdə aqrar sahənin inkişafına yönələn kompleks tədbirlərə əlavə dəstəkdir.

Özünüməşğulluq proqramı çərçivəsində müvafiq təlim kurslarını bitirmiş və qiymətləndirmələr zamanı biznes-planları müsbət dəyərləndirilmiş ümumilikdə 1400 nəfərə yaxın şəxsin ailə təsərrüfatlarını qurmaları nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilən “İşsizlikdən sığorta haqqında” Qanunun tətbiqi nəticəsində isə növbəti illərdə bundan dəfələrlə çox insanın özünüməşğulluq proqramına cəlb olunması təmin ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu