Əlilliyi olan şəxslər protez-ortopedik məmulatlarla təmin edilib




Cari ilin 8 ayı ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslər 20128 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunublar.



Ümumilikdə protez-ortopedik bərpa xidmətləri göstərilmiş 6410 nəfər əlilliyi olan şəxsin 769 nəfərini ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər təşkil edib.

Cari ilin yanvar-avqust aylarında əlilliyi olan şəxslərə 411 ədəd əlil arabası, 789 aşağı və yuxarı ətraf protezləri, 1226 aşağı və yuxarı ətraf ortezi, 868 ədəd dirsəkaltı ağac, 429 ədəd dördayaqlı dayaq vasitəsi verilib. Həmçinin bu təbəqədən olan şəxslər 389 ədəd bel və boyun nahiyəsi üçün korset, 3173 cüt ortopedik ayaqqabı, 1710 cüt protez ayaqqabı, 5985 ədəd müxtəlif reabilitasiya vasitəsi, 540 cüt qoltuqaltı ağac, 1241 ədəd əsa, 254 ədəd eşitmə aparatı və s. ilə təmin ediliblər. Onlara məxsus 511 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatın təmiri işləri də aparılıb.

Hesabat dövründə həmçinin Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında 401 nəfər əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu