Pediatr valideynlərə çağırış etdi

Xəbərin çap versiyası
Tarix: 12-09-2017, 17:44    |    Xəbər oxunub: 639 dəfə
Pediatr valideynlərə çağırış etdi


Pediatr Vaqif Qarayev yeni dərs ilinin başlaması ilə əlaqədar sosial şəbəkədə valideynlərə müraciət edib.

AFN xəbər verir ki, tanınmış həkim tövsiyə xarakterli müraciətində valideynlərə bir sıra məsləhətlər verib. Onun müraciətini əhəmiyyətli hesab edərək olduğu kimi paylaşırıq:

1.Dərs ili başlayan kimi uşaqdan akademik düzəltməyə çalışmayın! Bir neçə ay məktəbə, mühitə, sinifə, müəllimə, kitab-dəftərə adaptasiya olmağına imkan verin!

2.Yadda saxlamaq lazımdır ki, bütün uşaqların qavrama qabiliyyəti, dərsə həvəsi, diqqət konsentrasıyası eyni cür olmur! Ona görə nə qədər oxuya bilirsə o qədər oxuyacaq!

3. Dərsə hazırlıq zamanı hər irili-xırdalı səhvə görə uşağın psixikasını zədələmək düzgün deyil! Əksinə, həmişə ruhlandırmaq lazımdır!

4. Mövsümlə bağlı havalar tez tez dəyişəcək. Ona görə uşağın çantasında nisbətən qalın geyim olsa yaxşıdır. Yağışlı, çiskinli hava uşağın ovqatına da pis təsir edir. Ona görə həmin günlər uşaqla daha mehriban davranmaq lazımdır.

5. Əgər uşaq uzadılmış saatlara gedirsə dərsdən sonra mütləq onun istirahətinə fikir verilməlidir. Evə gələn kimi dərs oxutmaq mənasızdır. Hər gün gündüz 2-2,5 saat yatsa yaxşıdır! Axşamlar saat 21.30-dan gec olmayaraq yatağa girməlidir!

6.Dərsdən sonra uşağı müxtəlif dərnəklərə aparmaq düzgün deyil! Yorulacaq! Hansısa bir sahəyə real həvəsi hələ 5-6 il sonra yaranacaq. Amma fitri istedadı olan uşaqları mütəxəssisin köməyi ilə uyğun dərnəklərə yönləndirmək olar!

7. Uşağın qidalanmasına xüsusi fikir vermək lazımdır. Məktəbin bufetində satılanları yox, özünüzün hazırladığınız buterbrod və s. kimi yeməkləri yesə yaxşıdır. Qida rasionunda meyv-tərəvəz bol olmalıdır. Yaxşı olar ki, meyvəni təbii şəkildə(şirə kimi yox) qəbul eləsin! Gündəlik menyuda ət yeməkləri də olmalıdır.

8.Çanta problemi dəyişilməz qalır. Əgər özü daşıyacaqsa, çantanın ağırlığı bədən çəkisinin 10 faizi qədər olmalıdır. Yəni, altı yaşlı uşaq üçün çantanın ağırlığı 2-2,5 kq olmalıdır!

9. İlk günlərdən uşağa düzgün oturma vərdişləri aşılanmalıdır. Uşağın gözü ilə dəftər-kitab arasında məsafə təqribən 30 sm olmalıdı. Yoxsa qamətində deformasiya yaranacaq!

Bütün bunlara əməl edə bilsək, uşağın həm psixikasını, həm də xəstəliklərə müqavimətini qorumuş olarıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Az qala banklara yalvarırıq-

Az qala banklara yalvarırıq- Qənirə Paşayeva

“Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır”-

“Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır”- XİN

“Onlayn mediaya 1 milyon ayrılsın” -

“Onlayn mediaya 1 milyon ayrılsın” - deputatdan təklif

Əmək pensiyaları artırılacaq-

Əmək pensiyaları artırılacaq- rəsmi

MSK sədri prezident seçkilərindən danışdı

MSK sədri prezident seçkilərindən danışdı

Ramiz Mehdiyev MDB-dəki problemləri müzakirə edib

Ramiz Mehdiyev MDB-dəki problemləri müzakirə edib

“Hökumət büdcəyə görə məsuliyyət daşıyır”-

“Hökumət büdcəyə görə məsuliyyət daşıyır”- Valeh Ələsgərov

DİN Qaradağdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

DİN Qaradağdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

Parlamentdə maliyyə amnistiyası təklif edildi

Parlamentdə maliyyə amnistiyası təklif edildi

İnsanların icbari tibbi sığortaya ehtiyacı var-

İnsanların icbari tibbi sığortaya ehtiyacı var- millət vəkili

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Rəsulzadənin xanımının məzarı ilə bağlı müəmma

Rəsulzadənin xanımının məzarı ilə bağlı müəmma

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur