Daşınmaz əmlakın qeydiyyatında yeni elektron xidmətlər” mövzusunda ictimai təqdimat keçiriləcək




Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaşların, eləcə də ölkədə bütün mənzil sahiblərinin gözlədiyi daha 2 yeni elektron xidmətin - “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” və “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” xidmətlərinin istifadəyə verilməsi ilə bağlı “Daşınmaz əmlakın qeydiyyatında yeni elektron xidmətlər: vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş addımlar” mövzusunda İctimai təqdimat keçiriləcəkdir.



Tədbirin keçirilməsində başlıca məqsəd daşınmaz əmlakın qeydiyyatı sahəsində istifadəyə verilən bu yeni xidmətlərin vətəndaşlara verdiyi fayda, istifadə qaydaları və müsbət nəticələri barədə ictimaiyyəti məlumatlandırmaqdır. Eyni zamanda tədbir çərçivəsində daşınmaz əmlakların sənədləşdirilməsi istiqamətində vətəndaş məmnunluğunun daha da artırılması, habelə raharlıq və çevikliyi təmin edən Komitənin həyata keçirdiyi innovativ işlər, sosial layihələr, elektron xidmətlər barədə məlumatlar veriləcəkdir. Tədbirdə “Elektron hökümət” portalına inteqrasiyası edilən bu yeni xidmətlər barədə təqdimat keçiriləcəkdir.

Tədbir 27 sentyabr tarixində, saat 10:30-da Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında keçiriləcəkdir.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 31 (Elmlər Akademiyası metro stansiyasının arxası)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu