Ərzaq məhsullarının qiyməti bahalaşıb-

Xəbərin çap versiyası
Tarix: 11-10-2017, 14:05    |    Xəbər oxunub: 537 dəfə
Ərzaq məhsullarının qiyməti bahalaşıb-


2017-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ildə ilk dəfə olaraq istehlak qiymətləri indeksi 0,1 faiz bəndi aşağı düşüb.

Bununla yanaşı, cari ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb.

Ay ərzində mal, qoyun və toyuq ətinin, yumurtanın, kolbasa məmulatlarının, süd məhsullarının, kərə, zeytun və marqarin yağlarının, limonun, portağalın, gavalının, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, sarımsağın qiymətlərində bahalaşma, düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, bananın, almanın, armudun, qozun, fındığın, soğanın, kartofun, şəkər və şəkər tozunun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Sentyabr ayında avqust ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, kiçik elektrik cihazlarının, kitabların və dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, soyuducuların, kondisionerlərin, minik avtomobillərinin, mobil telefon və fotoaparatların qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Sentyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi xidmətinin, mənzillərin icarə haqqının, məişət cihazlarının təmiri xidmətinin, stomatoloji xidmətlərin, mebel və digər əşyaların daşınması xidmətinin, ödənişli ali təhsil haqqının qiymətlərində bahalaşma, dəmiryol və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Rusiya tankları Ermənistanda hədəfləri məhv etdi

Rusiya tankları Ermənistanda hədəfləri məhv etdi

Azərbaycanlı aparıcı:

Azərbaycanlı aparıcı: "Hər an ölə bilərəm"

Nazir təhlükəli viruslarla bağlı əmr imzaladı

Nazir təhlükəli viruslarla bağlı əmr imzaladı

Tibb bacısı 7 yaşlı oğlunun cəsədi ilə qarşılaşdı-

Tibb bacısı 7 yaşlı oğlunun cəsədi ilə qarşılaşdı- Salyanda faciə

Ağdamın icra başçısı məhkəməyə çağrıldı:

Ağdamın icra başçısı məhkəməyə çağrıldı: DƏLƏDUZLUQ İTTİHAMI

Eldar Əzizov 2 trilyonluq korrupsiyadan danışdı

Eldar Əzizov 2 trilyonluq korrupsiyadan danışdı

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının ilk beynəlxalq konfransı keçirilib

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının ilk beynəlxalq konfransı keçirilib

Avstraliya şirkət nümayəndələri “AzerGold” QSC ilə görüş keçirib

Avstraliya şirkət nümayəndələri “AzerGold” QSC ilə görüş keçirib

20 oktyabrda gözlənilən hava şəraiti açıqlandı

20 oktyabrda gözlənilən hava şəraiti açıqlandı

Diaspor fəalı mükafatlandırıldı

Diaspor fəalı mükafatlandırıldı

Keçmiş SSRİ-nin ən yaşlı «qanuni oğrusu» tutuldu-

Keçmiş SSRİ-nin ən yaşlı «qanuni oğrusu» tutuldu- FOTO

Dövlət Komitəsi:

Dövlət Komitəsi: "Könül Kərimovaya qanunsuz torpaq verilib"

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur