95 min manata yaxın sosial ödəniş işçilərə ödənilib

Xəbərin çap versiyası
Tarix: 18-10-2017, 16:02    |    Xəbər oxunub: 811 dəfə
95 min manata yaxın sosial ödəniş işçilərə ödənilib


Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) 94 563 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AFN-ə verilən məlumata görə, ƏƏSMN yanında DƏMX-nin vətəndaş müraciətlərinə əsasən, həyata keçirdiyi tədbirlər nəticəsində cari ilin 9 ayında ümumilikdə 94 563 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.

Həmin vəsaitin 93,3 faizi əmək haqlarından, 4,2 faizi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub. Ayrı-ayrı vətəndaşların işdən qanunsuz şəkildə azad olunmalarına dair müraciətləri əsasında da qanunvericiliyə uyğun tədbirlər görülüb və işindən qeyri-qanuni şəkildə azad edildiyi aşkar olunan şəxslər yenidən əvvəlki işlərinə bərpa etdiriliblər. Bu tədbirlər çərçivəsində aidiyyəti işəgötürənlərə əməyin ödənilməsinin təminatları, əmək haqqının ödənilməsinin formaları, qaydaları, müddətləri, əvəzçilik üzrə əmək haqqının ödənilməsi, əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsasları və s. barədə qanunvericilik əsasında izahatlar verilib.

Hesabat dövründə DƏMX tərəfindən işəgötürənlər arasında əməyin təhlükəsizliyinin təmin olunması, əməyin mühafizəsi ilə bağlı norma və standartlar barədə məlumatlandırma işləri aparılıb. Əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbirləri də davam etdirilib. Bu məqsədlə Bakıda və respublikamızın ayrı-ayrı bölgələrində “Uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə” mövzusunda keçirilən tədbirlərdə ölkəmizin əmək qanunvericiliyində uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi, yaşı 18-dən az olan işçilər üçün qanunvericilikdə əksini tapan əlavə təminat və güzəştlər barədə məlumatlar verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Qənirə Paşayeva hökuməti tələbələrin problemlərinin həllində fəal olmağa çağırıb

Qənirə Paşayeva hökuməti tələbələrin problemlərinin həllində fəal olmağa çağırıb

Jurnalistlər karnavala hazırlaşır-

Jurnalistlər karnavala hazırlaşır- AZƏRBAYCANDA İLK

Kurtua:

Kurtua: "Qarabağ"la oyun çətin olacaq"

Mənsimovdan sərt cavab

Mənsimovdan sərt cavab

Deputatdan Elman Rüstəmova irad:

Deputatdan Elman Rüstəmova irad: “Azərbaycanda bank sistemi dağılır”

Əli Məsimli:

Əli Məsimli: "Qiymət artımının yarıdan çoxu monopoliyanın törətdiyi süni qiymət artımıdır"

Qənirə Paşayeva MM-də Tovuzun problemləri ilə bağlı hökumətə çağırış edib

Qənirə Paşayeva MM-də Tovuzun problemləri ilə bağlı hökumətə çağırış edib

Hikmət Babaoğlu:

Hikmət Babaoğlu: “Dövlət autizm xəstəliyinə düçar olmuş uşaqların müalicəsinə ciddi dəstək verməlidir”

“AzSigorta”da kütləvi ixtisarlar

“AzSigorta”da kütləvi ixtisarlar

Dövlət müşavirləri vəzifəsi ləğv edildi

Dövlət müşavirləri vəzifəsi ləğv edildi

Vəzifəli şəxslər barəsində cinayət işi başlandı

Vəzifəli şəxslər barəsində cinayət işi başlandı

Mərkəzi Bank dolların sabaha olan məzənnəsini açıqladı

Mərkəzi Bank dolların sabaha olan məzənnəsini açıqladı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur