Bu il əlilliyi olan 25,8 min şəxs protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin edilib


Bu il əlilliyi olan 25,8 min şəxs protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin edilib


Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 10 967 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib. Həmin insanlardan 1 334 nəfərini ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlar təşkil edib.



Yanvar-oktyabr aylarında əlilliyi olan şəxslərə ehtiyaclarına uyğun olaraq 1 345 ədəd aşağı və yuxarı ətraf, habelə döş protezi, 1 456 ədəd yuxarı və aşağı ətraf ortezi, 7495 ədəd müxtəlif reabilitasiya vasitəsi, 458 ədəd bel və boyun nahiyəsi üçün korset, 2 186 cüt protez ayaqqabı, 3 770 cüt ortopedik ayaqqabı, 567 ədəd dördayaqlı dayaq vasitəsi verilib. Bu təbəqədən olan insanlar həmçinin 855 ədəd əlil arabası, 423 ədəd eşitmə aparatı, 655 cüt qoltuqaltı və 1 133 cüt dirsəkaltı ağac, 1496 ədəd əsa və s. ilə təmin ediliblər. Əlilliyi olan şəxslərə məxsus 632 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat isə təmir edilərək yenidən onların istifadəsinə verilib.

Ümumilikdə cari ilin 10 ayı ərzində əlilliyi olan şəxslər 25 820 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunublar.

Mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində həmin dövrdə 522 nəfər əlilliyi olan şəxsə stasionar şəraitdə reabilitasiya xidmətləri (protezləşməyə hazırlanma və ya protezlə hərəkət edilməsinin öyrədilməsi, onurğa sütunu zədələnmiş spinal əlillərin və skoliozlu uşaqların reabilitasiyası və s.) göstərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu