ƏƏSMN yanında İctimai şuranın növbəti iclası keçirilib


ƏƏSMN yanında İctimai şuranın növbəti iclası keçirilib


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın 14 noyabr 2017-ci il tarixində növbəti iclası keçirilib.



AFN xəbər verir ki, mövcud reqlamentə uyğun keçirilmiş iclasda İctimai şuranın 2017-ci il üçün hesabatı, Şuraya daxil olan müraciətlərə baxılması və digər məsələlər müzakirə edilib.
İclası giriş sözü ilə açan İctimai şuranın sədri Mayis Əliyev İctimai şuranın 2017-ci il üçün geniş hesabatını slaydlar vasitəsi ilə təqdim edib. Hesabatda ötən il ərzində Şuranın 4 iclas, 2 görüş, 2 ictimai müzakirə (dəyirmi masa) keçirdiyi, 5 normativ hüquqi akta rəy verildiyi, vətəndaşlar və müxtəlif təşkilatlar tərəfindən 45 müraciətin daxil olduğu bildirilib. Hesabatla yanaşı Şuranın 2017-ci il üzrə fəaliyyəti dövründə irəli sürülmüş əmək, məşğulluq, sosial müavinətlər, sosial yardım, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, sosial xidmət sahəsində həyata keçirilən strategiyanın inkişaf etdirilməsi, bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi üzrə təklif və tövsiyələrdə müzakirə edilmişdir.

ƏƏSMN yanında İctimai şuranın növbəti iclası keçirilib

ƏƏSMN yanında İctimai şuranın növbəti iclası keçirilib

ƏƏSMN yanında İctimai şuranın növbəti iclası keçirilib




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu